Azərbaycan futbolu

Saatlıda 9 qol

Azərbaycan II Liqasında IV tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Qusar” “Göygöl”lə qollu heç-heçəyə razılaşıb. “Şəfa” “Şəmkir”i, “Kür-Araz” isə “Kürmük Qax”ı məğlub edib.

Turun digər oyunları sabah keçiriləcək.

Azərbaycan II Liqası
IV tur

25 sentyabr

Qusar – Göygöl 1:1
Kapital Bank Arena (Ehtiyat meydança)

Şəfa – Şəmkir 3:2
Binə qəsəbə stadionu

Kür-Araz – Kürmük Qax 6:3
Saatlı OİK stadionu