Dünya futbolu

Ramil Şeydayevdən növbəti məhsuldar ötürmə

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tayland çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Polis Tero” ilə qarşılaşıb. Görüş “Buriram Yunayted”in qələbəsiylə başa çatıb – 2:1.

Ramil bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 82-ci dəqiqədə əvəzlənib.

Ramil 57-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

“Buriram Yunayted” çempionatda 5 oyundan sonra 13 xalla birinci sıradadır.