Azərbaycan futbolu

Milli ikinci oyunda da məğlub oldu

Gürcüstanda təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Aut.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş matç 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin qolunu 4-cü dəqiqədə Şəkər Piriyeva vurub.

Qeyd eədk ki, bu komandalar arasında sentyabrın 20-da keçirilmiş ilk qarşılaşma 2:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə nəticələnmişdi.