Azərbaycan Premyer Liqasında yeni mövsüm nə vaxt başlayacaq?
Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün start tarixi müəyyənləşib.
Aut.az xəbər verir ki, yeni futbol mövsümü 4 avqustda başlanacaq. Azərbaycan Premyer Liqasından 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Yarışların püşkatması və digər detalları ilə bağlı məlumat daha sonra veriləcək.
