İspaniya

Levandovski əsrin rekordunu qırdı

“Barselona”nın hücumçusu Robert Levandovski klubda keçirdiyi ilk 50 matçda 35 qol vurub. 

Aut.az xəbər verir ki, polşalı forvard “Selta” ilə La Liqa oyununda (3:2) dubl etməklə bu göstəriciyə çatıb.

35 qol 21-ci əsrdə Kataloniya təmsilçisinin futbolçular arasında ən yaxşı nəticədir.  İkinci yerdə kamerunlu Samuel Eto’O qərarlaşıb. Onun aktivində 33 qol var.

 

Levandovski bu mövsüm 7 matçda 6 qolla yadda qalıb. O, ötən mövsüm La Liqanın bombardiri olub (34 oyunda 23 qol).