Digər

“Kür” cavab oyununda da uduzdu

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyanın “Jomi Salerno” klubu ilə üz-üzə gəlib.

Bu dəfə italyanlar nomimal meydan sahibi olublar. “Kür” Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib – 36:19.

Bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan “Kür” mübarizəni dayandırıb.