İtaliya

Əfsanə vəfat etdi

İtaliya millisinin tərkibində 1968-ci ildə Avropa çempionu olmuş Covanni Lodetti vəfat edib.

Aut.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Bu barədə onun 1961-1970-ci illərdə çıxış etdiyi “Milan”ın mətbuat xidməti məlumat yayıb.

“Rossonerilər”lə birlikdə iki dəfə İtaliya çempionu olub, eləcə də bir dəfə İtaliya kuboku, Kuboklar Kuboku və Qitələrarası kubokun qalibi olub.

Bundan əlavə, yarımmüdafiəçi “Sampdoria”, “Fogcia” və “Novara”da da çıxış edib.