Voleybol

Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək

Voleybol üzrə oğlanlardan ibarət U-18 yığmamız Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Aut.az xəbər verir ki, dekabrın 5-dən 9-dək Gürcüstanda təşkil olunacaq yarış həm də Avro-2024-ə  təsnifat xarakteri daşıyır.

Yarışın reqlamentinə əsasən birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Turnirdə millimiz ilə yanaşı, Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya voleybolçuları da iştirak edəcəklər.