Voleybol

Paris-2024-də daha bir insident: Oyunun ortasında…

Paris Yay Olimpiya Oyunlarının voleybol turnirində xoşagəlməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, Yaponiya və ABŞ milli komandaları arasında keçirilən qrup mərhələsinin 3-cü tur oyununun əvvəlində elektrik enerjisində problemlər yaranıb.

Hadisə 2:1 hesabı ilə amerikalılar öndə olarkən baş verib. Problem 2 dəqiqə ərzində aradan qaldırılıb.

Qeyd edək ki, yekunda ABŞ 3:1 hesabı ilə qalib gəlib.