İngiltərə klubu yeni yemək kəşf etdi, etirazla üzləşdi – Foto
İngiltərə Premyer Liqasının iştirakçısı “Nottingem Forest” klubu maraqlı addım atıb.
Aut.az xəbər verir ki, klubun fan zonasında pitsa və hot-doq elementlərini özündə birləşdirən yeni “pitsa doq” yeməyi peyda olub. Satış qiyməti 7 funtdur.
Azarkeşlər yeməyi bəyəməyiblər. Onlar sosial şəbəkələrdəki mübahisələr zamanı belə bir yeməyin menyuda olmasına etiraz ediblər.

