“Molde”nin iki futbolçusu “Qarabağ”la oyunu buraxacaq
“Molde”nin iki futbolçusu sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyunu buraxacaq.
Aut.az xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes və yarımmüdafiəçi Erlinq Knudtsondur. Bu barədə Norveç mətbuatı məlumat yayıb.
Hər iki oyunçu Çempionlar Liqasının pley-off mərhələsinin “Qalatasaray”la cavab boyununda sıradan çıxıb. Onların bərpa müddəti bilinmir.
“Qarabağ” – “Molde” görüşü saat 20:45-də başlayacaq.
