Azərbaycan futbolu

“Zəngəzur” yunanlarla bərabərə qaldı

Azərbaycanın “Zəngəzur” minifutbol klubu Bolqarıstanda təşkil edilən Avropa kubokunda ikinci oyununa çıxıb.

Aut.az xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı Yunanıstan TMT klubu ilə qarşılaşıb.

Matç 3:3 hesabı ilə yekunlaşıb. “Zəngəzur” bu gün növbəti matçını keçirəcək. Rəqib isə Çexiyanın “Veşka Olomouç” klubu olacaq. Matç 18:00-da start götürəcək. “Zəngəzur” ilk turda yerli “Qalaktiko Vratsa” klubuna (2:0) qalib gəlib.