İspaniya

“Barsa” rahat nəfəs aldı: Gündoğan…

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan ciddi zədədən xilas olub.

Aut.az xəbər verir ki, Almaniya millisinin kapitanının Fransa ilə yoldaşlıq görüşündə (2:1) çanaq sümüyü əzilib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı futbolçunun zədəsi ciddi deyil. Gündoğan La Liqada bazar günü keçiriləcək “Betis”lə oyuna hazır olmalıdır. Bununla belə, klubun baş məşqçisi Xavi futbolçuya istirahət verib.

Baş məşqçi ondan sentyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen”lə ev oyununda istifadə edə bilər.