Məşhur hakim həbs olundu
44 yaşlı norveçli futbol hakimi Svein Oddvar Moen vergidən yayındığı üçün 4 aylıq həbs cəzası alıb.
Aut.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
2014 və 2020-ci illər arasında Moen bir milyon krondan (təxminən 87 min avro) çox vergi ödəməkdən yayınıb və kobud qanun pozuntusunda günahını etiraf edib.
Çempionlar Liqasında 26 matçda fit çalan hakim bu müddət ərzində Misir və Səudiyyə Ərəbistanındakı matçlarda da hakimlik edib, lakin bəyannamədə əlavə gəliri göstərməyi “unudub”.
Çərşənbə axşamı, sentyabrın 12-də çıxarılan məhkəmə hökmünə əsasən, Moen 4 ay həbs və 8,7 min avro cərimə edilib. Hakim səhlənkarlıq etdiyini etiraf edib və apellyasiya şikayəti verməyib. Səmimi etiraf kifayət qədər yüngül cəza üçün əsas oldu. Tipik olaraq, ciddi vergi fırıldaqlarında təqsirli bilinənlər altı və ya yeddi ay həbs cəzası alırlar.
Aut.az
