Bu gün, sentyabrın 12-də futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Asiya təmsilçisi İordaniya ilə qarşılaşıb.
Azərbaycan millisi tarixində 3-cü dəfə bu komanda ilə üz-üzə gəlib. 2004-cü ildəki ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. 6 il sonra baş tutan ikinci görüş isə Azərbaycan millisinin 2:0 hesabı qələbəsi ilə nəticələnib. Azərbaycan yığması bu dəfə də meydandan qələbə ilə ayrılıb – 2:1.
Azərbaycan – İordaniya 2:1
Qollar: Emin Mahmudov, 45+1-pen. Renat Dadaşov, 80 – Nizar əl-Raşdan, 58.
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. “Dalğa Arena”.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Ozan Can Kökçü, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 6. Bəxtiyar Həsənalızadə, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Rahil Məmmədov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 24. Yusif Nəbiyev.
Baş məşqçi: Canni De Byazi.
İordaniya: 1. Yazid Əbu Layla, 3. Abdullah Nəsib, 5. Yazan əl-Arab, 7. Anas Hammad, 9. Əli Olvan, 13. Mahmud əl-Mardi, 14. Nizar əl-Raşdan, 17. Raqayi Ayed, 21. Mustafa Eid, 23. Ehsan Haddad, 20. Həmzə əl-Dardur (k).
Ehtiyat oyunçular: 22. Məhəmməd Abuxəlil, 12. Abdullah əl-Zubi, 2. Məhəmməd Əbu Həşiş, 4. Məhannəd Xair Allah, 6. Obayda əl-Samarneh, 8. Nur əl-Ravabdeh, 10. Musa əl-Tamari, 11. Yazan əl-Naymat, 15. Mahmud Şavkat, 16. Firas Şalabiya, 18. Saleh Rateb, 19. Yusuf Əbu əl-Cəzar.
Baş məşqçi: Hüsseyn Ammuta.