“Yuvenus”a qiymət kəsdilər – Su qiymətinə satılır
“Yuventus”un satışa çıxarılacağı ilə bağlı məlumat vermişdik.
Aut.az xəbər verir ki, artıq kluba qiymət də kəsilib. Bu barədə “Il Giornale” məlumat yayıb. Turin təmsilçisinin 800 milyon avro ilə 1,5 milyard avro arası məbləğdə satılacağı iddia olunub.
Amma “Yuve”yə nəzarət edən “Exor” şirkətinin nümayəndəsi Tuttosport”a açıqlamasında xəbəri təkzib edib.
Qeyd edək ki, Anyelli ailəsi 1923-cü ildən “qoca sinyora”nın sahibidir. Bu ailənin üzvü olan Andrea Anyelli isə 12 il kluba rəhbərlik etdikdən sonra ötən il postundan göndərilib. Buna səbəb onun maliyyə maxinasiyalarına yol verməsi olub.
