Ronaldonun hoteli təkzib etdi: Yalan məlumatdır
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun “Pestana CR7 Marrakech” hoteli açıqlama yayıb.
Aut.az xəbər verir ki, zəlzələdən zərərçəkənlərə yardım etdikləri barədə yayılan məlumatı təkzib edib. “Bu, yalan məlumatdır. Hazırda bizimlə müştərilər qalır, digərləri də həmişəki kimi rezervasiya ediblər”, – deyə hotel nümayəndəsi bildirib.
Daha əvvəl mətbuatda Kriştiano Ronaldoya məxsus dördulduzlu “Pestana CR7 Marrakech” hotelinin zəlzələ qurbanlarını yerləşdirməyə hazır olduğu barədə məlumat yaymışdı.
Qeyd edək ki, cümə günündən şənbəyə keçən gecə Mərakeşdə zəlzələ baş verib. 2100-dən çox insan həlak olub.
