Azərbaycan futboluManşet

Futbolumuzun “enerji mənbəyi” işıq saça biləcək? – FOTOLAR

Bu həftə futbol üzrə Azərbaycan Birinci Liqasında yeni mövsümə start veriləcək. Əvvəlki illərdən fərqli olaraq budəfəki çempionatın daha maraqlı keçməsi gözlənilir.

Çünki sözügedən liqa Premyer Liqa klublarının əvəzedici heyətləri olmadan keçiriləcək. “Zaqatala”, MOİK, “Qaradağ Lökbatan” “Mingəçevir” və “İmişli”yə daha 5 komanda qoşulub. “Şamaxı” ötən mövsümün yekunlarına əsasən Premyer Liqada sonuncu yeri tutaraq Birinci Diviziona yuvarlanıbsa, digər 4 komanda debütantlardır. Söhbət “Araz Saatlı”, “Difai Ağsu”, “Karvan” və “İrəvan”dan gedir. Maraqlı məqam bu komandalardan yalnız birinin MOİK-in Bakını təmsil etməsidir. “Hərbçilər” kimi “İrəvan” da paytaxtda məskunlaşacaq.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

AFFA-nın ötən il idman prinsiplərini nəzərə alaraq çempion komandanın Premyer Liqada iştirakını təmin etməsi bu mövsüm rəqabəti artıran amildir. Klubların dövlət tərəfindən 300 min manat yardım alması da müəyyən qədər dəstəkdir. Ancaq liqa iştirakçılarının bir qisminin əlavə vəsaiti olmadığından, maliyyə baxımından çətinlik çəkəcəyini gözləmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi Birinci Liqanı maraqlı edən amil bölgə klublarının say baxımından üstünlük təşkil etməsidir. Bu məqam futbolun inkişafı baxımından olduqca önəmlidir. Bəzi şəhərlərin qədim futbol ənənələrini bərpa etməsi xüsusilə sevindiricidir. Onlar arasında Mingəçevir də var. Şəhəri Birinci Liqada eyniadlı komanda təmsil edəcək.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Artıq klub yeni mövsümün hazırlıqlarını tamamlayıb. Startda onları prinsipial görüş gözləyir. “Nur şəhəri”nin təmsilçisi ilk səfərlərini qonşuya – Yevlax rayonuna edəcəklər. Rəqib illər sonra peşəkar liqalara qayıdan “Karvan”dır.

Bir müddət öncə qərb bölgəsinə səfər etdik. Bir günlük Mingəçevirdə olmaq imkanımız oldu. Səfərimizin məqsədi futbol olduğundan, Mingəçevirin əsas komandasına və əsas arenasına baş çəkmək qərarına gəldik.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

1953-cü ildə inşa olunan Yaşar Məmmədzadə adına stadionda gəzintimiz zamanı maraqlı məqamlarla qarşılaşdıq. 70 illik yubileyini qeyd edən idman qurğusunda ciddi yenidənqurma işlərinə ehtiyac var. Hazırda hissə-hissə işlər görülür. Stadionun direktoru Akif Hüseynov bəzi addımların tədricən atıldığını bildirir. 4200 nəfər tamaşaçı tutumuna malik olan arena yeni mövsümə hazırdır. Oturacaqlar yenilənib, soyunub-geyinmə otaqları yaxşı vəziyyətə gətirilib.

PFL-in tələbinə əsasən əlavə vaqon tipli otaq qurulub. Bura hakimlərin ixtiyarına veriləcək. Ot örtüyü hazırda yaxşı vəziyyətdədir. Ancaq qazonun suvarma sistemiylə bağlı çətinlik var. Ot örtüyü köhnə üsulla, rezin borular vasitəsiylə sulanır. Bu da bir sıra çətinliklər yaradır. Ancaq yaxın zamanda yeni suvarma sisteminin quraşdırılması planlaşdırılır. Akif Hüseynovun məhdud imkanlar çərçivəsində əsas meydançanı belə səviyyədə saxlamasını günümüzün reallığında böyük iş hesab etmək olar.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Əsas stadionla yanaşı köməkçi meydançaların yenilənməsi üçün də işlər görülür. Artıq onlardan birində ot örtüyünün döşənməsi qalıb. Bu işlər AFFA hesabına görülür. Oranın yaxın zamanda hazır olması və “Mingəçevir”in ixtiyarına verilməsi planlaşdırılır. Nəticədə əsas meydançanın yükü azalacaq və ot örtüyünün mövsüm ərzində daha yaxşı səviyyədə saxlanılması mümkün olacaq. Buradan aşağı yaş qrupları üzrə komandalar faydalana biləcək.

Yaşar Məmmədzadə adına stadionda Mingəçevir futbolu adına görüləcək iş çoxdur. Buranın yenilənməsi olduqca vacibdir. Çünki arenanın ərazisi və imkanları genişdir. Buradan baza və akademiya kimi də yararlanmaq olar. Bununla şəhərdə futbol yenidən dirçələ bilər.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Səfəri fürsət bilərək Birinci Liqada çıxış edəcək“Mingəçevir”lə də maraqlandıq. Klubun idarə heyətinin sədr muavini Ruslan Həmidov bir sıra məqamlara aydınlıq gətirdi və gələcək planlardan danışdı:

“Əvvəla çox sağ olun ki, Mingəçevirə gəlmisiniz. Komanda 98-99 faiz mövsümə hazırdır. Bütün müqavilələr bağlanıb, kənardan komandaya 7-8 futbolçu cəlb olunub. 10 günlük təlim-məşq toplanışında olduq, 3 yoxlama görüşü keçirdik. “Zaqatala” ilə 2 dəfə, “Şəmkir”lə 1 dəfə qarşılaşdıq. Paralel olaraq seleksiya işlərini apardıq, rəhbərlik olaraq üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Bir daha deyirəm, çempionata tam hazırıq və qələbə üçün vuruşacağıq. Deyim ki, hədəfimiz çempionluqdur, xeyr. Bizim hədəfimiz 4-5-ci pillə uğurunda mübarizə olacaq. “Karvan”la ilk tur oyununa da ciddi hazırlaşırıq”.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Həmidov infrastrukturla bağlı planlarının da olduğunu söyləyir:

“Planlarımız var, amma bunları birdən-birə etmək olmaz. Region Liqasından Birinci Liqaya gəlmiş komandayıq, bir az zamana ehtiyacımız var. 8-9 yaşlı uşaqların məşqi üçün 1 yeni, süni örtüklü meydançanın salınması da planımıza daxildir. Ümumi olaraq, həm bizim, həm də şəhər rəhbərliyinin hədəfi qısa zamanda Mingəçevirin Premyer Liqada təmsil olunmasıdır”.

Klub rəsmisi “Mingəçevir”in yeni mövsümdən ona dogma olan ad altında oynayacağını gizlətməyib:

“Bu məsələnin də üzərində iş gedir və “Kür-Nur”un adını bərpa etmək istəyirik. Çünki Mingəçevir futbolunun uğurları bu klubun adı ilə bağlıdır. İstəyirik ki, növbəti mövsümdən komanda çempionatda “Kür-Nur” adı ilə çıxış etsin. Bu mövsüm sənədləşmə işləri ilə bağlı bunu çatdıra bilmədik”.

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Futbolumuzun "enerji mənbəyi" işıq saça biləcək? - FOTOLAR

Stadionda olduğumuz müddətdə insanların futbola münasibəti diqqətdən yayınmadı. Sanki Mingəçevir bir ölkənin enerji mənbəyi deyil, futbol şəhəridir. Hər kəsin iki arzusu var: dogma klubları tezlikləri Premyer Liqaya yüksəlsin və müasir standartlara cavab verən stadiona sahib olsunlar.

Ötən həftə İkinci Liqanın startından, bu çempionata maradan yazmışdıq. Görünür Birinci Liqa da bu baxımdan geri qalmayacaq. AFFA səhvini anlayaraq, gec də olsa futbolu bölgələrə daşıdı. Ancaq çətin olan hələ qarşıdadır: Maddiyyat və şərait olmadan heç nəyə nail olmaq mümkün deyil. (Publika.az)