Azərbaycan futbolu

II Liqa: 3 oyuna 20 qol

 

Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasında 2-ci tura yekun vurulub. 

Aut.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. “Cəbrayıl” “Göygöl”ü 4:3, “Dinamo” “Lerik”i 4:1, “Qusar” isə “Şəmkir”i 7:1 hesabı ilə məğlub edib.

2 turdan sonra 6 xalla “Sheki City”, “Baku Sportinq”, “Cəbrayıl” müvafiq olaraq 1,2, 3-cü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, turun ilk 4 matçı dünən keçirilib.

11 sentyabr (bazar ertəsi)

14:00. “Cəbrayıl” – “Göygol” – 4:3
Qollar: 
Elvin Nəsibov, 2 (1:0), Coşqun Abdiyev, 5 (1:1), Tapdıq Əhmədov, 16-pen. (2:1), Ziyabil Məmmədov, 31 (2:2), Elvin Nəsibov, 45-pen. (3:2), Ülvi Cəlilov, 86-pen. (3:3), Nurlan Quliyeb, 90+4 (4:3)
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Rasim Axundov, İrşad Aydınov
Neftçi Futbol Mərkəzi (IV meydança)

16:00.“Dinamo” – “Lerik” – 4:1
Qollar:
 Vüqar Əlizadə, 31, Elmin Əskərli, 58 (2:0), Valeh Seyidov, 66-pen. (3:0), Vüqar Əlizadə, 76 (4:0), Kamran Abdullazadə, 84-pen. (4:1)
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Orxan İbişov, İslam Məmmədov
Binə qəsəbə stadionu

16:30. “Qusar” – “Şəmkir” – 7:1
Qollar:
 Orxan Qurbanlı, 29 (1:0), Sərxan Ağayev, 36 (2:0), Elcan Rəhimov, 50 (2:1), Firudin Ağalarov, 61 (3:1), Vüsal Hüseynov, 63 (4:1), Sərxan Ağayev, 69 (5:1), 71 (6:1), Elnur Dəmirli, 78 (7:1)
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena” (ehtiyat meydança)

10 sentyabr (bazar)

“Şəfa” – “Sheki City” – 0:6

“Şahdağ Qusar” – “Kürmük Qax” – 3:1

“Ağdaş” – “Baku Sportinq” – 2:4

“Kür-Araz” – “Füzuli” – 1:2