Azərbaycan futbolu

“Zirə” yarımfinalda dayandı

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Zirə” yarımfinal oyununa çıxıb.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun “Sabornoq Xrama” klubuna 1:3 hesabı ilə məğlub olub.

“Zirə” bu gün üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.