Avropa Çempionatı

Azarkeşdən Azərbaycan bayrağını alan türk polisi görün necə davrandı – VİDEO

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir. Bu dəqiqələrdə D qrupunda qərarlaşan  Türkiyə millisi Ermənistan yığmasını qəbul edir.

Aut.az xəbər verir ki, qarşılaşmadan əvvəl maraqlı hadisə yaşanıb. Belə ki stadiona daxil olan azarkeşləri yoxlayan polis onun üzərində Azərbaycan bayrağı olduğunu görür. UEFA-nın qərarına görə Azərbaycan bayrağı arenaya buraxılmadığı üçün polis onu azarkeşdən alır, ehtiramla bükür, 3 dəfə öpərək ehtiramla yanındakı xanım əməkdaşa ötürür. Onun bu addımı azarkeşlər tərəfindən alqışlanır.