İspaniya

16 yaşında adını tarixə yazdı

Lamin Yamal İspaniya millisinin tarixində qol vuran ən gənc futbolçu olub.

Aut.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Avro-2024-ün seçmə mərhələsində Gürcüstanla matçın (7:1) 74-cü dəqiqəsində fərqlənib.

Yamal bunu 16 yaş 57 günlüyündə bacarıb. O, 17 yaş 304 günlüyündə millidə qol vuran “Barselona”dakı komanda yoldaşı Qavinin rekordunu qırıb.

Aut.az