Dünya futbolu

Bu tarixdə millidən gedəcək

“Benfika”nın cinah oyunçusu Anxel Di Maria Argentina millisindən ayrılmağa qərar verib.

Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Məlumata görə, bu, gələn il, Amerika Kuboku – 20024 zamanı baş verəcək.

Di Maria Argentina millisində 2008-ci ildə debüt edib. Ümumilikdə bu vaxta kimi o, komandanın heyətində 132 oyun keçirib və 29 qol vurub.

35 yaşlı veteran yığma ilə 2021-ci ildə Amerika Kubokunun və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Bu ilin iyulunda Di Maria azad agent kimi “Benfika”ya qayıdıb.

Aut.az