16 yaş 57 gün – Yığmanın tarixində belə şey olmamışdı
“Barselona”nın cinah oyunçusu Lamin Yamal İspaniya millisində oynamış ən gənc futbolçu olub.
Yamal Avro-2024-ün seçmə mərhələsində Gürcüstan millisi ilə oyunun 44-cü dəqiqəsində meydana çıxıb. O, yığmada 16 yaş 57 günlüyündə debüt edib.
Yamal 2021-ci ilin oktyabrında 17 yaş 62 günlüyündə İspaniya millisində debüt edən komanda yoldaşı Qavinin rekordunu üstələyib.
Aut.az
