Dünya futbolu

Qaz vurub, qazan doldururlar

Son on ildə transfer əməliyyatlarından qazanclı çıxan klubların adları məlum olub.

Aut.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu oyunçu alış-satışından sonra müsbət saldoya malikdir. “Qartallar” bu müddət ərzində 764 milyon avro qazanclı çıxıb. Bu barədə Beynəlxalq Futbolda İdman Araşdırmaları Mərkəzi məlumat yayıb.

Siyahının ikinci pilləsində Niderlan təmsilçisi “Ayaks” qərarlaşıb. Amsterdam klubu 434 milyon avro müsbət saldoya malikdir. İlk üçlüyü Avstriyanın “Zalsburq” klubu (129 milyon avro) qapayır.

Aut.az