“Ayın qolu”nu siz seçin – VİDEO
PFL Azərbaycan Premyer Liqasında avqust ayının TOP-5 qolunu açıqlayıb.
Aut.az xəbər verir ki, “ayın qolu”nu müəyyənləşdirmək üçün futbolsevərlər ən çox bəyəndikləri qolu qurumun “Facebook”dakı səhifəsi vasitəsilə seçə biləcəklər.
Namizədlər sırasında David Qomis (“Səbail”), Tellur Mütəllimov (“Sabah”), Salifu Suma (“Zirə”), Adama Diakabi (“Qarabağ”) və Turan Manafov (“Araz-Naxçıvan”) yer alıb
Qeyd edək ki, səsvermə 9 sentyabr saat 18:00-da yekunlaşacaq.
