Dünya futbolu

Mahir Emreli Konfrans Liqası üçün sifariş olundu

Xorvatiyanın “Dinamo” klubu Konfrans Liqası oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Aut.az xəbər verir ki, siyahıda azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb.

“Dinamo” Konfrans Liqasında C qrupunda “Astana” (Qazaxıstan), “Ballkani” (Kosovo) və “Viktoriya” (Çexiya) ilə mübarizə aparacaq.