İngiltərə

Fikirlərini dəyişdilər, satmırlar – Gönüqalındırlar

Qleyzerlər ailəsi “Mançester Yunayted”i satışdan çıxaracaq.

Aut.az xəbər verir ki, tələb olunan məbləği – 10 milyard funt-sterlinqi təklif edən olmayıb. Bu barədə “Daily Mail” məlumat yayıb.

Yayılan məlumatlara görə, klubu satmaqdan imtina edilməsi “qırmızı şeytanlar”ın azarkeşlərinin mənfi reaksiyasına səbəb olacaq.

Qleyzerlər ailəsi ilə uzun müddət yaxın münasibətdə olan mənbə, “Qleyzerlər gönüqalındırlar və heç bir mənfi reaksiyadan təsirlənməyəcəklər” deyib.

O da bildirilir ki, Qleyzerlər  2025-ci ildə klubu yenidən satmaq niyyətindədirlər.

İş adamları həmçinin ümid edirlər ki, Erik ten Haq növbəti iki mövsümdə kuboklar qazana biləcək və bu, 2025-ci ildə klubun dəyərini artırmağa kömək edəcək.

Aut.az