Dünya futbolu

Cəlal Hüseynov oynadı?

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda VIII turda səfərdə “Pirin”lə qarşılaşıb. Oyun “Arda”nın qələbəsiylə başa çatıb – 2:0.

Cəlal bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb.

“Arda” 8 turdan sonra 10 xalla 8-ci sıradadır.