Azərbaycan futbolu

“Bayer”lə eyni qrupa düşdükləri üçün sevinir – “Qarabağ”ın qapıçısı

“Qarabağ”ın qapıçısı Andrey Lunyev Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələrini şərh edib.

H qrupunda yer alan “Qarabağ” Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.

Aut.az xəbər verir ki, rusiyalı qapıçı “Bayer”lə eyni qrupa düşdükləri üçün sevindiyini bildirib.

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə çıxmaq şansına gəlincə, bu, bütün komandalar kimidir, hər şey bizim oyunumuzdan, göstərəcəyimiz xarakterdən asılı olacaq. Ona görə də kim güclüdürsə, onun şansı daha çox olacaq.

“Bayerlə oynamaq necə olacaq? Düzünü desəm, eyni qrupa düşməyimizə çox şadam, mənim üçün maraqlı məqamdır. İlk emosiyalar, onları qrupumuzda görmək sevinci müsbətdir. Hazırlaşacağıq, yaxşı oyunçuları olan yaxşı rəqibdir. Düşünürəm ki, yaxşı futbol olacaq”, – TASS Lunyevdən sitat gətirib.

Aut.az