“Neftçi” yenə qazon dərdində
“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da kiçik renovasiya işlərinə start verilib.
Aut.az xəbər verir ki, bu proses Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 22, 23 və ya 24-də “Zirə” ilə keçiriləcək növbəti ev matçınadək davam edəcək.
Ot örtüyündə əsas yenilənmənin mövsümün ortasında yaranacaq təxminən bir aylıq fasilə zamanı aparılması planlaşdırılır.
Qeyd edək ki, komandanın oyunları zamanı “Neftçi Arena”nın qazanonunda ciddi problemlər var idi. Sözügedən stadionun ot örtüyü isti hava və müəyyən xəstəliklər qarşısında aciz qalır.
