Azərbaycan futbolu

Slovak hücumçu “Neftçi”də

“Neftçi” hücumçu transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, slovakiyalı Lyubomir Tupta “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.