Azərbaycan futbolu

Yığmamızdan “İmişli” ilə heç-heçə

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, yığmamız 1-ci liqa təmsilçisi “İmişli” ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində 53-cü dəqiqədə Niyazi Osmanov fərqlənib.

Xatırladaq ki, komanda daha əvvəl “Qaradağ Lökbatan”a 0:1 hesabı ilə yenilib.