Azərbaycan futboluManşet

Elitaya hansı komanda gəlir? – AFFA qərar verdi

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasına vəsiqə qazanacaq komandanın adına mayın 16-da aydınlıq gələcək.

Birinci Liqanın son turu çərçivəsində baş tutacaq “Qaradağ Lökbatan” – “Şamaxı” görüşünün nəticəsinə uyğun olaraq elitaya yüksələcək komandanın adə bilinəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, AFFA sözügedən komandalara və “İmişli”yə Premyer Liqada oynamaq üçün lazım olan lisenziyanı verib. Reqlamentə görə, liqada birinci olacaq komanda elitaya vəsiqə qazanacaq. Ancaq Aran bölgəsinin təmsilçisi lider olmaq şansını ötən tur elə Lökbatan təmsilçisi ilə görüşdə itirib.

Yalnız iki komanda APL-ə vəsiqə uğrunda mübarizə aparır ki, bunlar yuxarıda qeyd etdiyimiz görüşün iştirakçılarıdır. Həmin görüşdə “Şamaxı”ı qələbə qazansa, bir illik fasilədən sonra elitaya qayıdacaq. “Qaradağ”a isə heç-heçə də kifayət edir.

“Neftçi İSM”-in nəzdində fəaliyyət göstərən Lökbatan klubu stadionla bağlı problem yaşasa da, bu məsələni həll edib. Bakıda bütün qapılar üzünə bağlanan klub Premyer Liqaya vəsiqə qazansa, rəqiblərini Şamaxıda qəbul edəcək. Bununla bağlı AFFA-ya məlumat verilib və müsbət cavab alınıb.

Bu o deməkdir ki, hansısa gözlənilməz və sürpriz hadisə baş verməsə, Şamaxı bir illik fasilədən sonra əsas çempionata qayıdacaq.

Aut.az