Yekaterina: Əsas qələbə irəlidədir – FOTO
Ağır çəkidə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik ərinin britaniyalı Daniel Dyubua ilə döyüşündən sonra hisslərini bölüşüb.
“Mən bütün ukraynalılara inanılmaz dəstəyə və inamlarına görə təşəkkür etmək istəyirəm. Bu gün biz bir daha bütün dünyaya göstərdik ki, ukraynalılar yenilməzdir.
Yaşasın Ukrayna və qəhrəmanlar. Əsas qələbə irəlidədir”, – Usik İnstaqramda yazıb.
Xatırladaq ki, Aleksandr Usik 9-cu raundda Daniel Dyubuanı texniki nokautla məğlub edib.

