Əfsanəvi idmançı qəti qərar verdi: Gedir
Əfsanəvi norveçli xizəkçi Tereza Yohauq karyerasını bitirmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Keçən il Yohauq iki illik fasilədən sonra 2025-ci ildə Tronheymdə keçirilən Dünya Çempionatında iştirak etmək üçün idmana qayıdıb, amma qızıl medal qazana bilməyib.
Bundan sonra 36 yaşlı idmançı karyerasını daha bir il davam etdirmək və 2026-cı il Olimpiadasında iştirak etmək barədə uzun müddət tərəddüd edib. Sonda Tereza nəhayət karyerasını bitirmək və ailəsinə daha çox diqqət ayırmaq qərarına gəldi.
“Mövsümün arxada qalması ilə Olimpiadaya getməmək qərarına gəldim. Bu qış komandaya qayıtmaq əsl macəra oldu və hələ də xizək sürməyi sevməyimə baxmayaraq, ailəmlə daha çox vaxt keçirməyə böyük ehtiyac hiss edirəm.
Mən Norveçi Olimpiadada kənardan dəstəkləməyi səbirsizliklə gözləyirəm və idmana qayıtmağımda mənə dəstək olan hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm. Digər yarım Nils Yakob Hoffa xüsusi təşəkkür edirəm – sən olmasaydın, bu mümkün olmazdı”, – deyə idmançı bildirib.
Yohauq tarixin ən çox medal qazanan xizəkçilərindən biridir. O, karyerası ərzində 4 olimpiya, 14 dünya çempionatlarında qızıl medal qazanıb.
Aut.az
