Ukraynanın əfsanəsi “Beşiktaş” haqda yanılıb
Kiyev “Dinamo”sunun əfsanəsi Leonid Buryak hesab edir ki, Mirça Luçeskunun komandası ilk oyunda 2:3 hesabı ilə uduzsa da, Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsində “Beşiktaş”ı məğlub edə biləcək:
“Matçın əvvəlində “Dinamo” həyəcanlandı, amma 15-20 dəqiqədən sonra bu matçdan şərəflə çıxacağına əmin oldum.
“Beşiktaş”dan daha çox şey gözləyirdim. Bu rəqib məhz “Dinamo”nun dişinə görədir.
Komandamız fərqli vəziyyətdə olsaydı, heç olmasa evdə oynasaydı, o zaman ilk oyunda fərqli nəticə olardı.
Rumıniya ev deyil, xarici ölkədir, ona görə də neytral meydanda oynayırıq. Amma türklər cavab oyununda evdə oynayacaqlar!”
Aut.az
