Dünya futbolu

Messi klipdə rol aldı, kuboku ona verdi – VİDEO

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi klipdə rol alıb.

36 yaşlı argentinalı “Trofeo” (“Trophy”) mahnısının klipində iştirak edib. Mahnının ifaçıları daha çox Maluma səhnə adı ilə tanınan Xuan Luis Londonyo Arias və Yandel kimi tanınan puerto-rikalı müğənni Yandel Veguilla Malavedir.

Videonun sonunda Messi “İnter Mayami”nin ev arenasında görünür və qazanılan Liqa Kubokunu Leo yazılmış köynək geyinən Maluma ötürür. Video, reperin əlində kubokla meydanın mərkəzində rəqs etməsi ilə bitir.

Avqustun 20-də Messi Liqa Kubokunu qazanaraq “İnter Mayami”də ilk titu əldə edib. Bu, Messinin karyerasında klub və ya milli komanda ilə qazandığı 44-cü kubokdur. Bu göstəriciyə görə futbolçu braziliyalı Dani Alveşi üstələyərək birinci yerə çıxıb.

Aut.az