Hakim huşunu itirən futbolçunu belə xilas etdi – VİDEO
Futbol hakimi Kristian Verdikkio Cənubi Avstraliya Premyer Liqasında “Adelaide United 2” – “Kampbelltown” (2:1) matçının qəhrəmanı olub.
Oyunun sonlarında “Adelaide”nin hücumçusu Nestori İrankunda rəqiblə toqquşma nəticəsində başı qazona dəyib. Futbolçunun nəfəs almasında problemlər yaranıb və o, huşunu itirməyə başlayıb.
Yaxınlıqda olan hakim dərhal 17 yaşlı futbolçunun yanına qaçaraq ona kömək etməyə başlayıb. Futbolçunun dili qatlanıb. İxtisasca kardioloq olan Verdikkio onu dilini çıxarmağa müvəffəq oldu və bu proses təxminən üç dəqiqə çəkib. Hücumçu özünə gəlib və meydanı sərbəst şəkildə tərk edib.
İrankunda Avstraliyanın əsas gənc ulduzlarından biri hesab olunur. May ayında mətbuatda futbolçunun ya bu transfer pəncərəsində, ya da gələn yayda “Bavariya”ya keçəcəyi barədə xəbərlər yayılmışdı.
