“Fənərbağça”da 5 illik müqavilə
“Fənərbağça” yeni transferi Dominik Livakoviçlə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qolkiperlə 5 illik sözləşmə imzalanıb.
İstanbul klubu Livakoviçi Xorvatiya “Dinamo”sundan transfer edib.
