Azərbaycan futboluna ağır itki: Şəhriyar Rəhimov öldü
Azərbaycan futboluna ağır itki üz verib.
Aut.az xəbər verir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib. Müdafiəçi Türkiyədə vəfat edib.
Onkoloji xəstətəlikdən əziyyət çəkən milli komandamızın sabiq üzvü qardaş ölkəyə müalicəyə getmişdi.
Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail”də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.
34 yaşlı futbolçu “Səbail”dən başqa, Premyer Liqada “İnter”, “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz” və “Zirə” klublarında forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib.
