İspaniya

İnan bilmir ki, onun 20 yaşı var

“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni mövsümün açılış matçlarından sonra yeni transfer Cud Bellinqemin çıxışını dəyərləndirib.

“Biz Bellinqemin transferinin Kərim Benzemanın yoxluğunu kompensasiya edəcəyini düşünürük.

Ciddi, yetkin və çox istedadlı oğlandır. Onun etdiyi hərəkət bizim üçün sürpriz deyil – onun cəmi 20 yaşında olması təəccüblüdür”, – Ançelotti bildirib.

Bellinqem La Liqada mövsümün ilk iki oyununda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bellinhem bu yay “Borussiya”dan “Real”a keçib.