Stefano Türkiyə klubunda
“Fatih Karagümrük” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı yarımmüdafiəçi Stefano Sturaronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Son klubu “Cenoa” olan Stefano daha əvvəl “Verona”, “Yuventus”, “Sportinq” kimi klublarda forma geyinib.
