Dünya futbolu

“Neftçi”nin sabiq baş məşqçisi karyerasını bitirdi

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 70 yaşlı Petrjela 2018-ci ilin iyun ayından Çexiya təmsilçisi “Fastav Zlin”dən ayrıldıqdan sonra işsiz idi.

“Mənim bundan sonra məşqçilik etmək üçün heç bir ambisiyam yoxdur” – Petrjela deyib.

Çexiyalı mütəxəssis 2007-2008-ci illərdə “Neftçi”ni çalışdırıb.

“Neftçi”nin sabiq baş məşqçisi karyerasını bitirdi

Aut.az