Dünya futbolu

Yığmanı olimpiadaya o aparacaq

46 yaşlı Tyerri Anrinin Fransanın U-21 komandasının baş məşqçisi olacağı ilə bağlı məlumat vermişdik.

 Aut.az xəbər verir ki, əfsanəvi sabiq hücumçu həm də 2024-cü il Olimpiadası zamanı Fransa yığmasının baş məşqçisi kimi fəaliyyət göstərəcək. Bu barədə “Le Parisien”in məlumat yayıb.

Əvvəllər Tyerri Anri iki dəfə Belçika millisində köməkçi məşqçi kimi çalışıb, həmçinin Fransanın “Monako” və Kanadanın “Monreal İmpakt” klublarına rəhbərlik edib.

“Arsenal”ın əfsanəsinin futbolçu karyerasını başa vurduqdan sonra əsas fəaliyyəti televiziyada futbol mütəxəssisi kimi çalışmaq olub. O, hələ də bu işi davam etdiri.

Aut.az