Mükəmməl debüt
Avqustun 18-dən 19-na keçəmn gecə Edinson Kavani yeni komandası “Boka Xuniors”da debüt matçına çıxıb.
Aut.az xəbər verir ki, Xorxe Almironun yetirmələri Copa Dieqo Maradona (Argentina Liqa Kuboku) turnirinin ilk turu çərçivəsində “Platense”ni qəbul edib.
Kavaninin debütü mükəmməl alınıb. Matçın 55-ci dəqiqəsində Kavani komandasının ikinci qolunu vurub. “Boka” 3-1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Kavani iyulun sonunda azad agent kimi “Boka”ya keçib. O, klubla 1,5 illik müqavilə imzalayıb.
