İspaniya

“Real” məhkəməyə gedir – “Müqəddəs yer”ə görə

“Real” yeni yayım tələblərinə görə La Liqanı məhkəməyə vermək niyyətindədir.

Aut.az xəbər verir ki, La Liqa azarkeşlərin oyunlara marağını  artırmaq üçün bir sıra yeni qaydalar tətbiq edib: fasilə zamanı müsahibələr, fasilə zamanı taktiki söhbətləri dinləyən mikrofonlar, soyunub-geyinmə otaqlarında kameralar.

Liqa klubları təqdim etdikləri məzmunun keyfiyyətinə görə mükafatlandırmaq üçün 130 milyon avro ayırıb. Lakin mövsümün ilk oyununda “Real” tələblərə zidd hərəkət edib: baş məşqçi Karlo Ançelotti və futbolçular matçdan sonra media ilə ünsiyyətdə olmayıblar.

Cümə günü Ançelottidən soyunub-geyinmə otağındakı kameralar barədə soruşublar və o, “məntiqli deyil, müqəddəs yerdir” cavabını verib.

ABC-nin məlumatına görə, “Real” yeniliklərə görə La Liqanı məhkəməyə verəcək.

Aut.az