“Mayami”nin ən yaxşısı: Messi deyil, odur
Avqustun 16-na keçən gecə “Filadelfiya” ilə “İnter Mayami” arasında Liqa Kubokunun yarımfinal matçı (1:4) keçirilib.
Aut.az xəbər verir ki, qarşılaşmadan sonra “AiScore” statistik portalı futbolçuların qiymətləndirməsini açıqlayıb.
“İnter Mayami”nin ulduzu Lionel Messi bu görüşdə qol vurub. Portal ona 8,6 bal verib.
Amma bu ən yüksək göstərici deyil. Bu qarşılaşmada bir qol vuran və məhsuldar ötürmə edən Josef Martines oyunun ən yaxşısı hesab edilib – 8,7.
Aut.az
