Restoranda müştərini Messiyə görə döydülər
“İnter Mayami”nin hücumçusu Lionel Messi və klubun sahibi Devid Bekhemlə eyni vaxtda restoranda olan müştəri təhlükəsizlik işçiləri tərəfindən döyülüb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Zərərçəkənin özünün dediyinə görə, restoranın mühafizə işçiləri onu əvvəlcə itələyərək, sonra döyüblər. Onu futbolçuların və onların ailələrinin şəklini çəkmək niyyətində ittiham ediblər.
“Üstümüzə cumdular, üzümə yumruq vurdular. Bekhem və ya Messi ilə deyil, öz ailəmlə şəkil çəkdirmək istədiyimə görə”, – deyə zərərçəkmiş bildirib.
İddia olunur ki, Messi və həyat yoldaşı hadisədən sonra arxa qapıdan restoranı tərk ediblər.
Aut.az
