Azərbaycan futbolu

Millinin oyunları “Dalğa Arena”da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun stadionu müəyyənləşib.

Aut.az xəbər verir ki, millimizin oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşı oyunu “Dalğa Arena”da keçiriləcək.

Oyunların başlama vaxtı hələ məlum deyil.